İdman

AZƏRBAYCAN ÇEMPİON: Yunan-Roma güləşçilərimiz birinci oldular (VİDEO)

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən yunan-Roma güləşi üzrə böyüklərin Dünya Kubokuna yekun vurulub.

Yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak ediblər.

İdmanxeber.com-un məlumatına görə, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıblar. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıblar. 

Qrupdakı hər 3 görüşündən qalib ayrılan güləşçilərimiz finalda Rusiya ilə üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 4:4 bərabərliklə tamamlansa da, xal hesabında 18:17 üstün olan Azərbaycan yığması Dünya Kubokunun qalibi olub. Yunan-Roma güləşçilərimiz Azərbaycan idman tarixində ilk dəfə Dünya Kubokunun qızıl medallarına sahib çıxıblar.

Azərbaycan-İran 6:2

59 kq – Rövşən Bayramov – Mohsin Hacıpur 3:4

66 kq – Həsən Əliyev – Afşin Biabanqard 5:0

71 kq – Rəsul Çunayev – Ramin Taheri 4*:4

75 kq – Elvin Mürsəliyev – Yusif Əkbəri 2:0

80 kq – Rafiq Hüseynov – Həbibulla Əxlaqi 5:4

85 kq – İslam Abbasov – Mojtaba Kərim Fard 10:4

98 kq – Orxan Nuriyev – Mehdi Əliyari 0:1

130 kq – Sabah Şəriəti – Behnam Mahdi Zade 8:0 

Azərbaycan-Almaniya 7:1 

59 kq – Elman Muxtarov – Deniz Menekse 9:3

66 kq – Həsən Əliyev – Mattias Maasch 1:0

71 kq – Rüstəm Əliyev – Maksmilian Şvabe 8:0

75 kq – Elvin Mürsəliyev – Jan Rotter 5:1

80 kq – Rafiq Hüseynov – Paskal Eysele 3:0

85 kq – Şəhriyar Məmmədov – Jan Fischer 2:0

98 kq – Orxan Nuriyev – Feliks Radinqer 2:3

130 kq – Sabah Şəriəti – Eduard Popp 1:0 

Azərbaycan-İsveç 7:1

59 kq – Elman Muxtarov – Joakim Fagerlund 5:0

66 kq – Kamran Məmmədov – Frunze Harutunyan 6:2

71 kq – Rəsul Çunayev – Şarur Vardanyan 4:0 (tuşe)

75 kq – Elvin Mürsəliyev – Robert Rosengren 8:0

80 kq – Rafiq Hüseynov – Lenni Persson 8:0

85 kq – İslam Abbasov – Jim Pettersson 2:0

98 kq – Orxan Nuriyev – Teodoros Tounusidis 2:1

130 kq – Sabah Şəriəti – Johan Euren 0:2

Azərbaycan-Rusiya 4:4 (18:17)

59 kq – Elman Muxtarov – Z.Kabaloyev 2:3

66 kq – Həsən Əliyev – A.Surkov 5:1

71 kq – Rəsul Çunayev – Çingiz Labazanov 2:0

75 kq – Elvin Mürsəliyev – Roman Vlasov 0:8

80 kq – Rafiq Hüseynov – E.Saleyev 2:1

85 kq – İslam Abbasov – Davit Çakvetadze 5:0 (təmiz qələbə)

98 kq – Orxan Nuriyev – Nikita Melnikov 0:5

130 kq – Sabah Şəriəti – S.Semyonov 1:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43