24 Oktyabr 2020
Ölkə futbolu

Azərbaycan çempionatı ilə bağlı yeni qərar – PFL açıqladı

Azərbaycan Premyer Liqasının V turu və Birinci Divizionun I turunun oyunlarının başlama saatlarında dəyişiklik edilib.

İdmanxeber.az-ın məlumatına görə, bununla bağlı Peşəkar Futbol Liqası qərar verib. Bildirilib ki, yüksək liqanın qarşıdakı turunun oyunları, eyni zamanda I Divizionun ilk turunun matçları erkən saatlarda başlayacaq.

Buna səbəb 28 sentyabr 2020-ci il, saat 00:00-dan etibarən Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyətin elan olunmasıdır. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilib. Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Qeyd edək ki, vəziyyətə uyğun olaraq qarşıdakı günlərdə bununla bağlı müvafiq addımlar atıla bilər.

Premyer Liqa
V tur

2 oktyabr (cümə)

“Sabah” – “Keşlə”
“Bank Respublika Arena”, 15:30

3 oktyabr (şənbə)

“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 14:00

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 16:00

4 oktyabr (bazar)

“Qarabağ” – “Səbail”
“Azersun Arena”, 15:30

I Divizion
I tur

1 oktyabr (cümə axşamı)

“Keşlə-2” – “Kəpəz”
“ASK Arena”, 13:00

“Sumqayıt-2” – “Qarabağ-2”
“Kapital Bank Arena”, (ehtiyat meydança) 15:00

“Neftçi-2” – “Sabah-2”
Türk Hava Yolları Futbol Mərkəzi, (IV meydança) 15:00

2 oktyabr (cümə)

“Qaradağ Lökbatan” – MOİK
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00

“Zaqatala” – “Turan Tovuz”
Zaqatala şəhər stadionu, 13:00


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

”Bakı” – “Qəbələ”- Canlı Yayım

admin

İbrahim Şehiç: “Yalnız bu halda Çempionlar Liqasında yolumuza davam edə bilərik”

admin

Ramin Musayev: “1 milyon ver, kuboku apar”

admin