18 Yanvar 2022
l Divizion

Azərbaycan futbolu: Kimisinin geyimində problem var, kimisi limit pozur…

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, iclasda I Divizionun 2-ci turunun oyunları ilə bağlı qərarlar verilib.

I Divizionun II turunun MOİK – “Səbail-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur;

MOİK – “Səbail-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur;

II turun “Keşlə-2” – “Sabah-2” görüşü hər iki klub oyunçularının geyimlərindəki qüsurlara görə gec başlandığı üçün hər iki klub 80 manat cərimə olunur;

II turun “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Qaradağ Lökbatan” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

“Qaradağ Lökbatan” – “Kəpəz” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur;

II turun “Zaqatala” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;

21.09.2021 – 22.09.2021-ci ildə I Divizionun II turunun oyunlarında MOİK,  “Keşlə-2”, ”Qəbələ-2”, “Neftçi-2”, “Qarabağ-2”, “Zaqatala” klubları  əvəzetmə vaxtı ilə bağlı nəzərdə tutulmuş limiti pozduğu üçün həmin klublara xəbərdarlıq edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

PFL oyunların vaxtını açıqlayıb

admin

“Şahdağ” doğma meydanda xal itirdi – VİDEO

admin

“Şəmkir” “Zaqatala”nı, “Rəvan” “Bakılı”nı məğlub etdi

admin