09 Avqust 2020
Kateqoriyasız

Azərbaycan İdman Jurnalistləri Federasiyası yaradıldı

keçirildi. Tədbirdə Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev və təşkilatın rəhbəri, “İdman” qəzetinin baş redaktoru Qabil Hacıyev iştirak etdi. Tədbiri giriş sözü ilə açan Mansurov belə bir təşkilatın yaradılmasının vacibliyini vurğuladı. Daha sonra Ağacan Abıyev yeni təşkilatın yaradılması münasibətilə jurnalistləri təbrik etdi.

Qurumun rəhbəri Qabil Mehdiyev federasiya barədə ətraflı məlumat verdi:

– “İdman jurnalistikasında böyük boşluq var idi. Xüsusilə də təşkilatma baxımından. Əksər həmkarların bununla bağlı təklifləri olmuşdu. Nəhayət, biz təşkilatlandıq. Ad seçimində niyə “Federasiya” seçdiyimizi izah etmək istəyirəm. Dünya təcrübəsində əsasən “Assosiasiya”dan istifadə edilir, ancaq bu artıq bizdə var. Federasiya isə daha çox yayılmış ikinci variantdı. Qonşu Rusiyada da belədi. AİJF artıq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm ki, bu işdə bizim yanımızda oldular və dəstəklərini əsirgəmədilər.

Federasiyanın əsas məqsədi təşkilatlanmadı. İdman mətbuatının buügünkü vəziyyəti o qədər də yaxşı deyil. Həm sosial təminat, həm maliyyə, həm kadr hazırlığı baxımından problemlər var. Bu məsələlərdə fəaliyyətimizi göstərəcəyik. Əsas məqsədimiz bu sahədə çalışan jurnalistikasının maddi imkanlarının yüksəldilməsi üçün çıxış yollarının axtarılmasıdı. Yaxın günlərdə bir sıra qurumlarla danışıqlara başlayacağıq. Mümkün olarsa, əməkdaşlıq sazişləri imzalayacağıq. Bundan başqa, ildə bir dəfə idman jurnalistlərinin qurultayını keçirmək niyyətindəyik. İdman jurnalistləri üçün treninq və seminarlar təşkil etmək istəyirik. Həm Bakıda, həm bölgələrdə. Bu formada bir sıra tədbirlər həyata keçirməyi düşünürük. Beynalxalq təcrübə də prioritetlərimizdən olacaq.

Artıq Federasiyanın saytı hazırdı. “Sportsmedia.az” heç bir saytla rəqabət aparmaq fikrində deyil. Məqsəd sadəcə, bütün medianın vahid portalda birləşməsidi. Mətbuatda dərc olunan ən maraqlı, aktual yazılara istinad edib, burda qeyd edəcəyik. İl ərzində hansı saytın, hansı müəllifin yazısı daha çox dərc olunursa, bu, həmin sayt və ya jurnalistin mükafatlandırılması üçün bonus olacaq. Sayt həm də ensiklopedik xarakter daşıyır. İdman jurnalistikasında çalışan kadrların əksəriyyətini burda toplamışıq.

Federasiya olaraq iki xüsusi mükafat təsis etmək istəyirik. İdman jurnalistikamızın bainlərindən olan Mirpaşa Miriyev və Aqşin Kazımzadə adına mükafatları. Hər iki mükafat xüsusi medal və vəsiqə ilə ildə bir nəfərə veriləcək. Aqşin Kazımzadə mükafatı açıq səsvermə ilə bir jurnalistə veriləcək. Mirpaşa Miriyev mükafatı isə idman mütəxəssislərinə təqdim olunacaq, jurnalistlərlə daha yaxşı çalışmış, onlara dəstək olmuş şəxslərə veriləcək.

Bizim federasiyamızın İdarə Heyətimiz fəaliyyət göstərəcək. İH-də 9 nəfər olacaq. Olimpiya çempionu Fərid Mansurov,  MOK-un nümayəndəsi Cəmaləddin Rəhmanov, ADBTİA-nın idman jurnalistikası magistr proqram rəhbəri Ellada Mustafayeva, fedarasiyalar adından AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli, “Azerisport.az” saytındandan Vüqar Zeynalov, “Reaport” agentliyinin nümayəndəsi Elşən Məmmədov və televiziyalar adından Sənan şəfizadə İdarə Heyətində yer alacq.

İdarə Heyətindən başqa komisiyalar olacaq. Orda digər idman jurnalistləri fəaliyyət göstərəcək.

Hamımız üçün xeyrli olsun!

Daha sonra Mehdiyev Jurnalistlərin suallarını cavablandırdı…

– Yeni yaradılan qurumun maliyyəsi hardan olacaq?
– Bu, dövlət qurumu deyil ki, dövlətdən konkret maliyyəmiz olsun. İctimai Birlik kimi fəaliyətə başlayırıq. Ümidvarıq ki, sponsorlardan yardımlar olacaq, eyni zamanda digər dövlət qurumlarından. KİVDF ilə görüş keçirmək istəyirik. Belə plan var ki, həmin qurum artıq onlayn mediaya da maliyyə ayırsın. Onlarla danışıq aparacağıq ki, idman mediası kənarda saxlanmasın. Çünki bu, jurnalistikanın ixtisaslaşmış ən byük sahəsidi. Bəzi təşkilatlardan köməklik olmasına çalışacağıq. Hazırdı faktiki olaraq bir maliyyə mənbəyimiz yoxdu. Əsas məsələ ölkə mediasının özünü maliyyələşdirməsidi. Bunun üçün çalışacağıq.

– KİVDF-nin idman mətbuatına isti yanaşdığını görməmişik.  “Futbol+” qəzetinə ayrılan maliyyəni də dayandırmışdılar. Onlara ümid etmək olarmı?
– Biz o düşüncənin dəyişilməsinə çalışacağıq.

– Federasiyaya üzvlük məsələsi necə olacaq?
– Veb-səhifədə bununla bağlı bölmə var. İstənilən idman jurnalisti bunun üçün müraciət edə bilər. Təbii ki, bəzi kriteriyalar olacaq. Biz təknəfərlik saytların birləşməsini təklif edəcəyik, belə saytlara daha çox dəstək olmağa çalışacağıq. Üzvlük ya qurum formasında, ya da fərdi şəkildə aparılacaq. Hansı media orqanında idman jurnalisti çalışmırsa, onun üzvlüyündən söhbət gedə bilməz.

– Gündəmdə AİJA-nın ləğvi məsələsi varmı? Yoxdusa, federasiya beynəlxalq aləmə necə çıxacaq?
– Gözlənilən sualdı. AİJA var, 25 ildi fəaliyyət göstərir. İctimai Birlik olduğu üçün ləğv etmək hüququ yoxdu heç kimdə. Əgər fəaliyyətini görürsüzsə, buna davam edəcək. Mən də oranın da üzvü olmuşam. Onları sağlam rəqabətə dəvət edirəm. Hələlik həmin təşkilat AIPS-in üzvüdü. Biz daha aktiv olarıqsa, ümidləri doğruldarıqsa, biz müraciət edib, bu məsələni yoluna qoya bilərik. Hələlik gündəmimizdə yoxdu. İndi biz jurnalistlərin etimadını doğrultmağa, inkişaf üçün fəaliyyət göstərməyə çalışacağıq. Bizim üzv olmağımız üçün onların çıxması lazımdı. İndidən bu barədə danışıb, onların xətrinə dəymək istəmirəm.

– İdarə Heyəti hansı qrafiklə toplaşacaq və görüşlər, qərarlar bağlı şəffaf məlumat veriləcəkmi?
– Həftədə br dəfə yığışmaq istəyirik. Hələlik belə imkan yoxdu. Ayda bir dəfə toplaşacağıq. Şəffaflığa tam arxayın ola bilərsiz. Müzakirə olunan məsələlər barədə tam məlumat verəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”a yenə qayıdıb karyeramı orada bitirəcəyəm” – Riçard Almeyda

admin

Millinin rəqibində ciddi itkilər

admin

Sənan Qurbanov istefa verdi, rəhbərlik qəbul etdi

admin