24 Yanvar 2022
Kateqoriyasız

Azərbaycan kuboku: “Qəbələ”dən böyükhesablı qələbə, Bayılda heç-heçə

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyun günündə iki görüş keçirilib.

“Qəbələ” öz meydanında “Sabah”ı qəbul edib. Oyun “qırmızı-qaralar”ın böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. Bununla da “Qəbələ” mərhələ keçmək üçün yaxşı şans qazanıb.

Digər görüşdə isə “Zirə”  “Səbail”in qonağı olub. Qarşılaşmada qol olmayıb.

Bu mərhələnin digər iki ilk görüşü sabah keçiriləcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-u və 20-də olacaq.

15 dekabr (bazar)

17:00. “Səbail” – “Zirə” – 0:0
Hakimlər:
 Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
“ASCO Arena”

15:00. “Qəbələ” – “Sabah” – 3:0
Qol: 
Klesio Bauk, 19, 43, Ülvi İsgəndərov, 87
Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+2-ikinci sarı vərəqə (“Qəbələ”)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy
Qəbələ şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Milli üzvü “Keşlə”dən göndərildi

admin

Çumbinyo “Qarabağ” haqda nə dedi?

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin