Kateqoriyasız

Azərbaycan kuboku: “Kəpəz” “Sabah”ı məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

İdmanxeber.az xəbər verri ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Səbail” doğma meydanda birinci divizion komandası “Zaqatala”nı qəbul edib. Beş qolun qeydə alındığı matçda sonda sevinən Premyer Liqa təmsilçisi olub. Bununla da, “Səbail” ölkə kubokunda 1/4 final mərhələsinə yüksələn ilk komanda adını qazanıb.

Bu gün daha üç qarşılaşma keçiriləcək. Əvvəlcə “Turan Tovuz” doğma meydanda digər əyalət təmsilçisi “Qəbələ”ni qəbul edəcək. “Zirə” 1-ci divizionda çıxış edən “Qaradağ Lökbatan”ın qonağı olacaq, “Sabah” isə “Kəpəz”i sınağa çəkəcək.

1/8 final mərhələsi bir oyundan ibarətdir.

25 yanvar

Azərbaycan kuboku

1/8 final

17:00. “Sabah” – “Kəpəz” – 1:2
Qollar: 
Filip İvanoviç, 45+1 (1:0), Samir Qurbanov, 68 (1:1), Əli Səmədov, 84
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Rahil Ramazanov, Tural Qurbanov
“Bank Respublika Arena”

16:00. “Qaradağ Lökbatan” – “Zirə” – 0:4
Qollar: 
Nemanya Andelkoviç, 12 (0:1), Davit Volkov, 27 (0:2), Musa Qurbanlı, 30 (0:3), Davit Volkov, 45+1 (0:4)
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Müslüm Əliyev, Kamal Umudlu
“Dalğa Arena”

14:00. “Turan Tovuz” – “Qəbələ” – 0:2
Qollar: 
Stefan Vukçeviç, 32, Ceyms Adeniyi, 45+2
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Tovuz şəhər stadionu

24 yanvar

“Səbail” – “Zaqatala” – 3:2

1/4 final cütləri

“Sumqayıt” – “Səbail”

“Qarabağ” – “Qəbələ”

“Neftçi” – “Zirə”

“Keşlə” –  “Kəpəz”

Qeyd edək ki, 1/4 finalın ilk matçları 1-2 fevralda, cavab görüşləri isə 6-7 fevralda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Beyl 12 oyun cəza ala bilər

admin

“Səfərdə  qarşılarında güclü bir “Qarabağ” görəcəklər” – Tahir Gözəl

admin

“Dundalk” – “Qarabağ” – PROMO

admin