10 Dekabr 2018
Milli komanda

Azərbaycan – Malta matçına tanış hakim

UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan – Malta oyununa təyinatlar açıqlanıb.

UEFA-nın rəsmi saytının yaydığı xəbərə görə, görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi İvan Bebek olacaq. Ona Tomislav Petroviç və Miro Qrqiç kömək edəcəklər.

İvan Bebek ölkəmiz üçün tanış hakimdir. O, 2005-2006-cı ilində“Neftçi” – “Hafnarfyordur” matçını (2:0), 2015-2016-cı ildə Avroliqanın qrup mərhələsində “Qəbələ” – “Borussiya” görüşünü (1:3), növbəti mövsümdə isə “Qarabağ” – “Fiorentina” qarşılaşmasını (1:2) idarə edib.

Bebek həmçinin AÇ-2008-in seçmə mərhələsində keçirilən və millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatan Azərbaycan – Portuqaliya oyununun baş hakimi olub

Oxşar xəbərlər

Ermənistan klubuna keçən millimizin sabiq oyunçusu: “Çətin ki, mən bir daha Azərbaycan yığmasında oynayım”

admin

Tərlan Əhmədov: “İtaliya və Xorvatiya ilə oyunlar çox ağır olacaq”

admin

Rövnəq Abdullayev İtaliya – Azərbaycan matçında

admin