Milli komanda

Azərbaycan millisi 11 ay sonra məşqlərə başladı

Futzal üzrə Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində Slovakiya və Yunanıstana qarşı keçirəcəyi oyunlar üçün hazırlığa başlayıb.

Milli komanda hazırlıq prosesini Bakı İdman Sarayında keçir.

Joze Alesio Da Silvanın baş məşqçilik etdiyi komanda 11 aydan sonra məşqləri bərpa edib.

Qeyd edək ki, Slovakiya ilə oyun yanvarın 29-da Bakıda, Yunanıstanla görüş isə fevralın 2-də Afinada olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Millimiz Rusiya ilə üz-üzə

admin

Texniki direktor yığmanın oyunlarını izləyəcək

admin

Millimizin hücumçusu azarkeşlərə səsləndi: “Diqqətli olun!”

admin