20 Oktyabr 2021
Kateqoriyasız

“Azərbaycan millisi 35-40 metrlik ərazidə oynayacaq” – Fernandu Santuş

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş DÇ-2022-nin seçmə mərhələsində sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri matç barədə fikirlərini bildirib.

O, oyunöncəsi mətbuat konfransında deyib:

“Favorit olduğumuzu bilirik. Amma rəqibə hörmətlə yanaşmasaq və meydanda əlavə üstünlüyümüzdən istifadə etməsək, böyük problemlərimiz ola bilər. Qələbələr meydanda qazanılır.

Ciddi müqavimətlə üzləşəcəyik. Azərbaycan millisi 35-40 metrlik ərazidə oynayacaq. Müdafiədə etibarlı çıxış edib, sürətli əks-hücumlara üstünlük verəcəklər. Standart vəziyyətlər zamanı da diqqətli olmalıyıq”.

Sabah İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA-dan Avro-2020 açıqlaması

admin

Millimizin üzvü Avroliqada “Gent”ə qarşı oynadı

admin

Çempionlar Liqası: qrup mərhələsinə yekun vuruldu

admin