Sentyabrın 17-dən 21-dək Zlin şəhərində təlim-məşq toplanışı və Çexiya yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisi Bakıda hazırlığa başlayıb.
İdmanxeber.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbə verir ki, bu gün ilk məşqinə çıxan futzalçılarımız sentyabrın 16-dək paytaxtda hazırlıq keçəcək. Baş məşqçi Vitali Borisov məşqlərə 3-ü qapıçı olmaqla ümumilikdə 16 futzalçı dəvət edib. Səfərə aparılacaq heyət toplanışın sonunda müəyyənləşəcək və əlavə məlumat veriləcək.
Qeyd edək ki, Çexiya-Azərbaycan oyunları sentyabrın 19-da və 20-də Zlin şəhərində keçiriləcək.
Millinin hazırlıq prosesi üçün heyəti belədir:
1. Emin Kürdov, 2. Vladislav Reznov, 4. Emil Həsənzadə, 5. Xəzər Ağalızadə, 6. İlham Alıyev, 7. Ülvi Əliyev (hamısı “Araz-Naxçıvan”), 3. Kamran Hacıyev, 8. Tofiq Mikayılov, 9. Nurlan Mehdizadə, 10. Oktay Rüstəmli, 11. Fərid Abbasov, 12. Murad Quluzadə (hamısı “Baku Fire”), 13. Fərid Atakişiyev, 14. Mirzə Əmirov, 15. Eldar Zeynalov, 16. Seymur Məmmədov (hamısı “Neftçi”)