Kateqoriyasız

Azərbaycan Premyer Liqasının bərpa tarixi – Rəsmən açıqlandı

Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında ikinci iclası keçirilib.

İdmanxeber.az xəbər verir ki, məlumatı AFFA-nın saytı yayıb. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iclasda iştirak edib.

Elxan Məmmədov gündəlikdəki məsələlər barədə danışaraq qeyd edib ki, müzakirəyə çıxarılan mövzular əvvəlcədən klublara göndərilib. Sonra PFL-in prezidenti Ramin Musayev fikirlərini bildirib. Premyer Liqa klublarının rəsmiləri gündəlikdəki bütün məsələlər barədə çıxış etdikdən sonra AFFA-nın baş həkimi Vyaçeslav Xomenko mövcud vəziyyətdə sanitar-gigiyenik qaydalara riayət olunmasının və COVİD-19 testinin vacibliyi barədə danışıb.

Ətraflı müzakirələrdən sonra aşağıda qeyd olunanlarla bağlı razılıq əldə olunub:

1. 2020-ci il iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqləri, 2020-ci il iyunun 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunları bərpa olunsun;

2. Premyer Liqa oyunlarının bərpasından əvvəl klublarının futbolçu və məşqçi heyəti mütləq şəkildə “COVID-19” testinə cəlb olunsun. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada qəbul edə bilər;

3. Premyer Liqa və Kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək;

4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin “COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edəcək;

5. “COVID-19” pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq.

Qeyd olunanlarla yanaşı, iclasda məqşlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.

Klublar Komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Elxan Məmmədov AFFA-nın icraçı vitse-prezident oldu

admin

“Cavab matçı APOEL üçün daha çətin olacaq” – Slavçev

admin