29 Noyabr 2020
Kateqoriyasız

Azərbaycan Premyer Liqasının rekordu təkrarlandı

“Qəbələ” Azərbaycan Premyer Liqasının ilk dövrəsində hamıdan çox – 5 heç-heçə edib.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, ilk 7 turda bu qədər bərabərliyin qeydə alınması ölkə çempionatları tarixinin rekordunun təkrarıdır.

Bunadək 4 komanda startda belə sülhsevərlik nümayiş etdirib. İlk olaraq 1993/94 mövsümündə “Neftçi” yarışın başlanğıcında 7 oyunundan beşində 1 xal əldə edib. 2006/07 mövsümündə eyni göstəriciyə “Qarabağ” imza atıb. Dörd il sonra “Kəpəz” də startda 5 bərabərlik müəllifi olub. “Qəbələ”dən öncə son belə komanda “Bakı” olub. 8 il öncə -2012/13 mövsümündə “zolaqlılar” ilk 7 matçda 5 dəfə heç-heçə edib.

Qeyd edək ki, “Qəbələ” 7 oyunda 5 heç-heçə edib və 2 dəfə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Bu oynamaq yox, sürünməkdir” – Kamran Ağayev

admin

“Dağlıq Qarabağ Azərbaycanın torpağıdır” – “Marca”

admin

“Keşlə”nin Türkiyədə qələbə qazanması üçün sonuncu şansı

admin