18 Sentyabr 2019
Kateqoriyasız

Azərbaycan UEFA reytinqində neçəncidi?

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

“Qarabağ”ın səfərdə Şimali İrlandiyanın “Linfild” klubuna məğlub olması (2:3) Azərbaycanın xal əldə edə bilməməsinə səbəb olub.

26-cı yerdə qərarlaşan ölkənin son 5 mövsümdəki xalları 17,500-dü. Qazaxıstan “Astana”nın BATE üzərində qələbəsindən (3:0) sonra xallarını 18,750-yə çatdırıb və bir pillə irəliləyib. Hazırda qazaxlar 24-cü sırada qərarlaşıb. Mövqeyini itirən Belarus isə 18,625 xalla 25-ci sırada qərarlaşıb. Azərbaycanın ən yaxın izləyicisi olan Polşanın 16,625 xalı var.

Bu mövsüm Azərbaycana “Neftçi” 1,125 reytinq xalı qazandırıb. Paytaxt təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni başa vurub. “Qarabağ”ın bu mövsüm qazancı 1 xaldı.

Oxşar xəbərlər

Qurban Qurbanov: “Oyunçularımla fəxr edirəm”

admin

“Mançester Yunayted”in futbolçusu “İnter”də

admin

“Old Trafford”da “nəhənglər”in dueli – “Topaz”da bu gün

admin