19 Yanvar 2020
İdman

Azərbaycan və Ermənistan eyni qrupa düşdü

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan və Ermənistan milli komandaları 2020-ci ildə keçiriləcək kiçik dövlətlərin Avropa çempinonatında eyni qrupda çıxış edəcəklər.

İdmanxeber.az Beynəlxalq Basketbol Federasiyasına istinadən xəbər verir ki, bu, Almaniyada keçirilən püşkatmadan sonra bəlli olub.

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandıya ilə Andorra yığmaları da mübarizə aparacaq.

Kiçik dövlətlərin Avropa çempinonatı 2020-ci il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçiriləcək.

Oxşar xəbərlər

Robert Prosineçki: “Heç vaxt futbolçularıma belə taktika verməmişəm, verməyəcəm də”

admin

İngiltərə millisi Dünya çempionatına bu heyətlə yollanır – SİYAHI

admin

Bu günün matçları: Hansı oyun, hansı kanalda?

admin