İdman

Azərbaycan yığması dünya çempionatlarında iştirak edəcək

Bilyard üzrə Azərbaycan milli komandasının 2024-cü ildə iştirak edəcəyi beynəlxalq yarışların siyahısı açıqlanıb.

İdmanxeber.az-ın məlumata görə, yığma yeddi beynəlxalq turnirdə qüvvəsini sınayacaq.

Milli komanda fevralın 26-da Qırğızıstanda “Qarışıq Piramida”, iyunun 11-17-də Rusiyanın Surqut şəhərində “Sərbəst Piramida”, noyabrın 17-24-də isə Novosibirskdə “Piramida” üzrə dünya çempionatına qatılacaq. Azərbaycan yarışlarının hər birində dörd bilyardçı ilə təmsil olunacaq.

Yığmanı aprelin 11-13-də “Euro Tour men-Dynamic Billard TBA Open”, aprelin 15-24-də “Dynamic Billard European Pool Championships”, sentyabrın 28-də Gürcüstanın Batumi şəhərində EPBF “Ajara Cup”, noyabrın 14-16-da isə Türkiyənin Antalya şəhərində “EuroTour men – Dynamic Billard Antalya Open” turnirləri gözləyir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43