Kateqoriyasız

“Azərbaycana qalib gəlmək borcumuzdur” – Marko Rossi

“Mayın 27-də Macarıstan Kubokunun finalında sonra Telki şəhərində görüşəcəyik və ertəsi gün Azərbaycanla qarşılaşmaya hazırlaşacağıq. Seçmə mərhələdəki iki oyunda 6 xal toplamaq istəyirəm.. Xüsusilə, Azərbaycana qalib gəlmək borcumuzdur. Ancaq meydanda 11 futbolçu 11 rəqibə qarşı çıxış edir və nəticə həmişə müəmmalı olur.  Xorvatiya üzərində qələbədən sonra Azərbaycanı məğlub etmək məcburiyyətində olduğumuzu demişəm. Bakı asan yer deyil. Səfərdə oynayacağıq və ordakı rütubət yüksəkdir. Bu, bizim üçün qeyri-adi ola bilər. Amma yenə də qələbə qazanmağa çalışmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla  oyundan əvvəl “Nemzetisport”a deyib.

O,  millimizin oyunlarını çox yaxşı təhlil etdiyini və oyunçuları adlarına qədər tanıdığını bildirib: “Çox oyununa baxmışıq. Xüsusilə, son iki matçını izləmişəm. Yeni baş məşqçi təyin etmələri önəmli məqamdır. Xorvatiya və Litva ilə oyunlarına baxmışam.  Adətən 4-3-3 və ya 4-1-4-1 sistemində oynayırlar, amma bəzən dəyişikliklər olur. Müdafiə xətti sabitdir. Bir daha deyirəm ki, biz hazırıq”.

Qeyd edək ki, iyunun 8-də Bakıda keçiriləcək Azərbaycan – Macarıstan oyunu yerli vaxtla saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

“Qarabağ” “Arsenal”a belə məğlub oldu – VİDEO

admin

Turun oyunçusu – Abdullah Zubir

admin

Bordin Qurbanovdan irəlidədir

admin