18 Avqust 2022
Kateqoriyasız

“Azərbaycanda bu xoşbəxtliyi görmədim”

“Sabah”ın keçmiş futbolçusu Rocer Roxas “Futbolcentroamerica” nəşrinə açıqlama verib.

Kolumbiyanın “Deportes Tolima” klubunda çıxış edən honduraslı hücumçu Azərbaycandakı karyerası barədə də danışıb:

“Karyeramı “Olimpiya”da bitirmək niyyətindəyəm. Futbolda ailə də vacibdi, mən həmişə milyonçu yox, övladlarımı böyütmək üçün lazımı mənbələrə sahib olmaq istədiyimi söyləmişəm. “Olimpiya”da hər şey qazandım. Amma ölkəmdən kənarda çempion ola bilmədim. Kosta-Rikada çempion ola bilmədim. Səudiyyə Ərəbistanı və Azərbaycanda da bu xoşbəxtliyi görmədim. Amma ən böyük arzum “Deportes Tolima” ilə çempion olmaqdı”.

29 yaşlı forvard ötən mövsüm “Sabah”da 13 oyunda 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Sabah” yenə uduzdu, “Zirə”dən qələbə – Yenilənir

admin

“Netçi”dən 2 illik almışdılar, 6 ay sonra qaytardılar

admin

Millimizin üzvü “Sumqayıt”la vidalaşdı

admin