08 Dekabr 2019
Kateqoriyasız

“Azərbaycanda çox dəyişiklik olmayıb” – Giqqz

FutbolPressAVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Uels oyunundan öncə təşkil edilən mətbuat konfransında britaniyalıların baş məşqçisi Rayan Giqqz jurnalistlərin suallarını cavablandırıb.

O, əvvəlcə sabahkı görüş barədə fikirlərini bildirib:

– Burada az müddət olmağıma baxmayaraq, yaxşı vaxt keçirəcəyimə inanıram. Sabah böyük oyun olacaq. Çalışacağıq ki, seçmə mərhələdəki növbəti iki matçımızda qələbə qazanaq. Asan olmayacaq. Oyunçuların həyəcanlı olmasına baxmayaraq, çalışacağıq ki, qələbə qazanaq.

– Aron Remzi və Qaret Beyl sabahkı oyunda heyətdə olacaqmı?
– Beyl bu yaxınlarda zədələnmişdi. Vəziyyəti hazırda yaxşıdır

– Ceyms Lourensin vəziyyətdi necədi?
– Zədə almasına baxmayaraq, vəziyyəti yaxşıdı. Vacib qərarlar alacağıq.

– Vaxtilə futbolçu kimi Azərbaycana qarşı oynamısız. İndi də baş məşqçi kimi gəlmisiz buraya. Düşüncələriniz nədi?
– Azərbaycana qarşı oynamışam. Çox dəyişiklik olmayıb. Baş məşqçi kimi daha çətindi.

Oxşar xəbərlər

“Neftçi” azarkeşlərinin “səbr kasası” daşdı: Quliyevi istefaya səslədilər

admin

“Liverpul”dan möhtəşəm nəticə – İngiltərə nəhəngi FİNALDA

admin

U-21 millimizdən acı sonuc

admin