18 Avqust 2022
Kateqoriyasız

“Azərbaycanda futbol daim inkişaf edir” – millinin məşqçisi

Futbol üzrə Azərbaycan millisinin məşqçisi Klaudio Beluççi İtaliya mətbuatına müsahibə verib.


Canni De Byazinin köməkçisi olan 46 yaşlı mütəxəssis Azərbaycandakı işindən danışıb:

“Hazırda çox yaxşı işləyirik. Yığma ilə Millətlər Liqasında çıxışımızı başa vurduq. İndi bizi dünya çempionatının seçmə mərhələsində çətin oyunlar gözləyir. Uğur qazanmaq üçün komandadan ən yaxşısını almağa çalışacağıq. Məqsəd həmişə inkişat etməkdi”.

O, millinin DÇ-2022-nin seçmə mərhələsindəki qrupunun çətin olduğunu bildirib: “Əvvəl Portuqaliya, daha sonra isə Serbiya ilə oynayacağıq. Burada futbol daim inkişaf edir. “Qarabağ” Çempionlar Liqasının qrupunda “Roma” ilə oynayıb. Digər Avropa ölkələrinin səviyyəsinə çatmağa vaxt lazımdı. Amma uğur qazanmaq üçün böyük istək var. Canni De Byazidən çox məmnunam. Bir-birimizi dərhal başa düşürük. Ondan çox şey öyrənirəm. Özümü buradakı mühitə bağlamışam. İnanıram ki, uzun müddət burada qalacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Trabzonspor” azərbaycanlı futbolçunu transfer etmək istəyir

admin

“Ondan sonra dedim ki, mən kənarda qalım” – Samir Abasov

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin