18 Oktyabr 2021
Kateqoriyasız

“Azərbaycanda maaş problemi yoxdu”

“Qəbələ”nin sabiq futbolçusu Ceyms Adeniyi açıqlama verib.

Hazırda İsrailin “Makkabi” (Petah-Tikva) klubunda çıxış edən nigeriyalı hücumçu Azərbaycan və Nigeriya çempionatlarını müqayisə edib:

“Daha əvvəl ölkəmizdə “COD Yunayted”də çıxış etdim. Bundan sonra Albaniyaya üz tutdum. Getdiyim çempionatların standartları aşağı olsa da, onlar Nigeriya Peşəkar Futbol Liqasını (NPFL) səviyyəcə üstələyirlər. İrəliyə getmək üçün mənə bir addım lazım idi. Düzdü, sonradan Azərbaycana köçmək məcburiyyətində qaldım.

Azərbaycan Premyer Liqası NPFL-dan daha yaxşı təşkil olunur. Azərbaycanda maaş problemi yoxdu”.

Adeniyi 2018/2019 və 2020/2021 mövsümünü “Qəbələ”də keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” darmadağınla avrokuboklardan uzaqlaşdırıldı – VİDEO

admin

“Əminəm ki, idmanda növbəti nailiyyətləri əldə edə bilərik” – yeni nazir

admin

“Real”ı növbəti mərhələyə yüksəldən qələbə – Video

admin