Kateqoriyasız

Azərbaycanda yay transfer pəncərəsi rəsmən açıldı

Azərbaycanda yay transfer pəncərəsi bu gündən rəsmən açılıb.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa klubları məhz bu gündən etibarən yeni oyunçularını qeydiyyatdan keçirə biləcəklər. Yay transfer pəncərəsi sentyabrın 2-də bağlanacaq.

Qeyd edək ki, qış transfer dönəmi 2020-ci ilin 7 yanvar – 3 fevral tarixini əhatə edəcək.

Əlavə edək ki, indiyə kimi “Neftçi”  Voislav Stankoviç, Rauf Əliyev, “Səbail” Kamal Bayramov, Ürfan Abbasov, Turan Manafov, “Zirə” Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, “Sumqayıt” Vüqar Mustafayev, Amil Yunanov, “Sabah” Cavid Tağıyev, Kevin Kubemba, “Keşlə” Rəşad Əzizli və Ruslan Qurbanovu heyətinə qatıb. “Qarabağ” və “Qəbələ” isə hələlik heç bir oyunçunu transfer etməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

AFFA 2 dəqiqəyə görə “Keşlə”ni cəzalandırdı

admin

Sopiç: “Sabah” təklif göndərdiyi zaman tərəddüd etmişdim”

admin

UEFA hansı qərarları verəcək? – Bu gün vacib iclas var

admin