09 Oktyabr 2024
Kateqoriyasız

“Azərbaycanın cərimə meydançasına girmək çətindir”

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, 49 yaşlı mütəxəssis İordaniya millisi ilə keçiriləcək yoxlama görüşü barədə fikirlərini bildirib: “İordaniyanı millisi barədə məlumatlı deyiləm. Bir neçə oyunlarının videosunu gördüm. Güclü müdafiəyə sahib olan sərt komandadır. Bu oyunda geniş heyətdəki bütün futbolçular şans qazanacaq. Çünki Azərbaycanla matç bizim üçün çox vacibdir. Komandanı zehni şəkildə hazırlamaq üçün qısa zamanımız qalıb”.

Çexiyalı baş məşqçi Azərbaycan yığması barədə də danışıb: “Futbolçularımız peşəkardır, Bakıda hədəfimizin zəfər olduğunu başa düşürlər, ancaq qrupumuz balanslı görünür. Bu görüşdə xal itirmək problem ola bilər. Ümidlərin bitəcəyini demirəm, amma çox vacib dueldir. İsti havaya da hazır olmalıyıq. Bakıda havanın temperaturu 31 dərəcədir. Düşünürəm ki, güclü tərəf bizik”.

Pavel Hapal Azərbaycan millisinin müdafiə xəttini xüsusi fərqləndirib: “Azərbaycan millisinin Xorvatiya ilə görüşünü izləmişik. Rəqibin müdafiəsini yarıb, cərimə meydançasına soxulmaq çətindir. Cinahlardan ötürmələr etməli, və sürətli hücumlar təşkil etməliyik”.

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Slovakiya oyunu iyunun 11-i, saat 20:00-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43