Kateqoriyasız

“Azərbaycanla oyuna hazırlaşmaq çətin olacaq” – Rossi

AVRO-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya uduzan (0:3) Macarıstan millisinin baş məşqçisi görüşdən sonra açıqlama verib.

O, beçlə hesabla məğlub olmamalı olduqlarını deyib:

“Macarıstandan bizi dəstəkləməyə gələn azarkeşlərimizdən üzr istəyirəm. Komandamız batan gəmiyə bənzəyirdi. Amma mən kapitanam. Rəqibin bizdən güclü olduğunu bilirdik, lakin belə uduzmamalı idik”.

Adi epizodlarda səhvə yol verdiklərini bildirən italiyalı mütəxəssis millimizlə qarşıdan gələn oyun haqda da danışb:

“Bugünkü məğlubiyyətdə hər kəsin günahı var. Dörd-beş inanılmaz fərdi səhvə yol verdik. Qələbə qazanmaq istəyiriksə, qarşıdakı oyuna tamamilə başqa münasibət göstərməliyik. Azərbaycanla bazar günü keçiriləcək oyuna hazırlaşmaq çətin olacaq. Ancaq komanda bir olub, inkişaf etməlidi. Özümüzü aşmalı və Azərbaycana qarşı tam fərqli oyun göstərməliyik. Bu cür performansla Uelsdə qələbə qazanacağımızı düşünmək ağılsızlıq olar. Hamıdan tam fərqli yanaşma gözləyirəm”.

Oktyabrın 13-də keçiriləcək Macarıstan – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qurban Qurbanovdan qələbə şərhi: “Bu gün tam hiss etdik ki…”

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Dandolk” – “Qarabağ” oyunu canlı yayımlanacaq!

admin