Dünya futbolu

“Azərbaycanla oyunda xal itirmək olmaz”

Xorvatiya millisinin futbolçusu Marin Leovats açıqlama verib. Zaqreb “Dinamo”sunun müdafiəçisi AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstana qarşı keçirəcəkləri oyunlar barədə danışıb:

“Hədəfimiz doğma azarkeşlər önündə qələbə qazanmaq və uğurlu başlanğıc etmək olacaq. Həm Azərbaycan, həm də Macarıstanla görüşdə xal itirmək olmaz. Əgər şans verilərsə, bütün bacarığımı ortaya qoyacam”.

Xorvatiya qrupda ilk oyununu martın 21-də “Maksimir” stadionunda yığmamıza qarşı keçirəcək.

Oxşar xəbərlər

“Qəbələ” növbəti mərhələdə

admin

“Valensiya”nın sabiq baş məşqçisi vəfat etdi

admin

Turenin “Mançester Siti”dəki taleyinə aydınlıq gəldi

admin