Kateqoriyasız

“Azərbaycanla qarşılaşmanı önəmli bir oyun kimi görürəm” – Hamşik

“Azərbaycanla görüşü açar rolu oynayacaq önəmli bir oyun kimi görürəm. Bura 3 xal üçün gəlmişik, öz səviyyəmizi ortaya qoymaq istəyirik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin futbolçusu Marek Hamşik yerli mətbuata müsahibəsində deyib.

Təcrübəli futbolçu millimizlə oyunda maksimum dərəcədə diqqətli olmağa çalışacaqlarını bildirib:

“Baş məşqçi Pavel Hapal bizə dedi ki, bu məqamı düşünüb işimizi çətinləşdirməməli, başı dik mübarizəmizi aparmalıyıq. Baş məşqçinin tapşırıqlarına əməl etməyə çalışacağıq. Gərəksiz gecikmələrin olmaması üçün sürətli və sadə oynamağımızı istəyib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Medvedev “Arsenal”la oyun haqda: “…o qədər də əhəmiyyət daşımır”

admin

Naxçıvan Futbol Federasiyası qısa vaxtda nələrə nail olub?

admin

“Sabah” “Qarabağ”la oyuna tələbə yığır

admin