30 Noyabr 2021
Kateqoriyasız

Azərbaycanlı boksçu erməniyə qalib gəlib Avropa çempionu oldu

Rusiyada yaşayan azərbaycanlı boksçu Xancanov Qaroğlan Monteneqroda keçirilən gənclər arasında Avropa çempionatının qalibi olub.

İdmanxeber.az-ın məlumatına görə, əslən Zərdab rayonundan olan 17 yaşlı idmançı həm də qitə birinciliyinin ən yaxşı boksçusu seçilib.

O, Avropa çempionatında 5 döyüş keçirib. İlk döyüşündə Azərbaycan Tağı Tağızadəyə qalib gələn Xancanov daha sonra rumıniyalı Lonut Kiriakı üstələyib. 3-cü döyüşündə isə o, erməni əsilli Gürcüstan idmançısı Aram Xrikyanı üstələyib. Yarımfinalda ukraynalı Ruslan Tsykalonu məğlub edən gənc boksçu finalda ermənistanlı Manvei Petrosyandan da üstün olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

TPL: Bugünkü oyunlara necə baxaq?

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Qarabağ” Qazaxıstan klubuna qalib gəldi

admin