Ölkə futbolu

Azərbaycanlı futbolçu Türkiyədə klubunu dəyişə bilər

Türkiyə II Liqa təmsilçisi “Tuzlaspor”da çıxış edən Bəxtiyar Həsənalızadə klubunu dəyişə bilər.

Bu barədə İdmanxeber.az saytına futbolçunun özü məlumat verib. O bildirib ki, Türkiyənin başqa klublarından da təkliflər alır. Həsənalızadə komanda adı çəkməsə də, danışıqların davam etdiyini bildirib. 

Millimizin sabiq müdafiəçisinə Azərbaycan Premyer Liqa təmsilçilərindən də maraq var. 

Xatırladaq ki, Həsənalızadə ötən mövsüm “Tuzlaspor”da çıxış edib. Tuzla klubu çempionatı 16-cı sırada tamamlayaraq, II Liqaya yuvarlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43