Kateqoriyasız

Azərbaycanlı futbolçunu transfer etmək istəyən klublar bir də düşünməli olacaq – Türkiyəyə yollandı

“Qəbələ”nin futbolçusu Murad Musayev əməliyyat olunacaq.

İdmanxeber.az-a verilən məlumata görə, əcrübəli müdafiəçinin zədəsi ciddidi və o, əməliyyat olunmaq üçün Türkiyəyə yollanıb.

Premyer Liqanın son turunda “Sumqayıt”la matçda zədə alan 29 yaşlı futbolçunun 6-7 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Qeyd edək ki, Musayevin xidmətində bir neçə Premyer Liqa klubu maraqlı idi. Hətta futbolçunun şifahi razılaşdığı komanda da var idi. Lakin Musayevin zədəsinin bu qədər ciddi olmasından sonra onun karyerasını harada davam etdirəcəyi sual olaraq qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43