18 Oktyabr 2021
Kateqoriyasız

Azərbaycanlı hakim koronavirusa yoluxdu

Türkiyədə Karabük Həvəskarlar Liqasında hakimlik edən azərbaycanlı İsa Məmmədov koronavirusa yoluxub.

 

İdmanxeber.az “İhlas” agentliyinə istinadən xəbər verir ki, dad və qoxu hisslərini itirdiyi üçün xəstəxanaya müraciət edən Məmmədovun testi pozitiv çıxıb.

 

Türkiyə aktiv Futbol Hakimləri və İnspektorları dərnəyinin Karabük şöbəsinin rəhbəri Taner Tuncer bildirib ki, referi müalicə üçün xəstəxanaya yerləşdirilib.

 

Məmmədov Karabük universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kurs tələbəsidir. Onun Karabükdəki otaq yoldaşları dərslər dayandırıldığı üçün Azərbaycana qayıdıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Yeni transferi “Qarabağ” haqda: “Nəhayət ki, burdayam, sevincliyəm”

admin

“Arsenal”ın baş məşqçisini əsəbiləşdirən sual: “Zəhmət olmasa…”

admin

Millimizin hücumçusu Portuqaliyada qol hesabını açdı – Video

admin