Millimizin hücumçusu Renat Dadaşov Türkiyə klubunda ayrılıb.
İdmanxeber.az-ın məlumatına görə, “Hatayspor”da forma geyinən Renat Dadaşov komandası ilə vidalaşıb. O, sosial şəbəkə hesabından bu barədə paylaşım edib.
Dadaşov “Hər şey üçün təşəkkürlər, Hatay” yazaraq, azarkeşlərlə sağollaşıb.
Xatırladaq ki, yığmamızın üzvü ötən ilin sentyabrından “Hatayspor”da çıxış edir. O, müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsusdur.