İdman

Azərbaycanlı paraatlet dünya çempionatında qızıl medal qazandı

Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.

İdmanxeber.az-ın məlumata görə, idmançı T13 kateqoriyasında 100 metr məsafəni 11.94 saniyəyə başa vurub.

L.Vəliyeva bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.

Qeyd edək ki, bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə üçüncü dünya çempionluğudur. L.Vəliyeva ötən il Parisdə təşkil edilən mundialda 100 və 400 metr məsafələrə qaçış üzrə qızıl medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43