Kateqoriyasız

Azər Əliyev Rusiyada ayın ən yaxşı futbolçusu seçildi

FutbolPressAzərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi Rusiyanın “Ufa” klubunda noyabr və dekabr aylarının ən yaxşı futbolçusu açıqlanıb.

Azarkeşlər arasında keçirilən sorğuda Azər Əliyev qalib olub. 25 yaşlı yarımmüdafiəçi səslərin 42,1 faizini toplayıb.

Əliyev bu müddətdə 4 oyun keçirib. O, bu matçlarda 1 qol və 1 assistlə yadda qalıb.

“Ufa” Premyer Liqada 19 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43