08 Sentyabr 2024
Milli komanda

Azərbəycan millisinin futbolçusu təcili olaraq xəstəxanaya aparıldı!

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Jalə Mənsimova ciddi zədə alıb.

İdmanxeber.az-ın məlumatına görə, yığmanın Macarıstanla matçının son dəqiqələrində Mənsimova sürətinə hakimmola bilməyib və reklam lövhələrinə çırpılıb. Ciddi xəsarət alan futbolçumuz təcili olaraq xəstəxanaya aparılıb.

Qeyd edək ki, matç macarların qələbəsi ilə yekunlaşıb – 0:5.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43