Ölkə futbolu

Azərbaycan çempionatı: 7 oyunu 250 azarkeş izləyib

Azərbaycan II liqasında XI tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun oyunlarını stadiondan cəmi 250 azarkeş izləyib. Bunlardan ən çoxu “Kürmük Qax” – “Lerik” görüşündə qeydə alınıb. Qaxda baş tutan qarşılaşmanı tribunadan 70 azarkeş izləyib.

Digər görüşlərdə qeydə alınan azarkeş sayını diqqətinizə çatdırırıq:

Füzuli – Şahdağ Qusar (40 – 1:1)

Qusar – Ağdaş (30 – 3:1)

Dinamo – Şəfa (20 – 1:0)

Cəbrayıl – Şəki Siiti (40 – 4:1)

Göygöl – Şəmkir (ev sahibi komanda cəzalı olduğu üçün oyun azarkeşsiz keçirilib – 8:2)

Kür Araz – Sportinq Baku (50 – 0:3)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43