İdman

Azərbaycan çempionatı Mingəçevirdə keçiriləcək

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, yarış sentyabrın 13-14-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Çempionatda Bakıdan və Mingəçevirdən 100-ə yaxın idmançı mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik uğrunda yarışacaqlar.

Qaliblər medal və diplomla mükafatlandırılacaqlar. Fərqlənən avarçəkənlər gələcəkdə yığmanın heyətinə cəlb olunmaqla yanaşı, oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43