30 Sentyabr 2024
İdman

Azərbaycan çempionatında 11-ci tura “Neftçi”nin oyunu ilə yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında 11-ci tura bu gün yekun vurulacaq.

İdmsnxeber.az xəbər verir ki, “Olimpik” Şəkidə “Neftçi”ni qonaq edəcək. Qarşılaşma 15:00-da start götürəcək.

Dünən isə “Sərhədçi” İdman Mərkəzində “AAAF Xırdalan” NTD ilə üz-üzə gəlib və rəqibinə 80:108 uduzub. “Sərhədçi” və “Zirvə Astara” komandalarının görüşündən isə ev sahibləri 94:84 qalib ayrılıb.

Hazırda turnir cədvəlində “Sabah”, “Gəncə” və NTD komandalarının 19 xala malikdir. “AAAF Xırdalan”la “Sərhədçi” 18 xalla növbəti pillələri paylaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43