Kateqoriyasız

Azərbaycan çempionu məşq edərkən zalda vəfat edib – FOTO

Biləsuvar rayonunda trenajor zalında ölüm hadisəsi baş verib.

İdmanxeber.az “Report”a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhərində fəaliyyət göstərən idman zallarından birində qeydə alınıb.

Belə ki, bura məşqə gələn Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Əhmədov Azər Həsən oğlu trenajorda məşq edərkən qəfildən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi deyilir.

Azər Əhmədov rayonda idmançı kimi tanınıb. Gənc yaşlarından karate idman növü ilə məşğul olub. Bir neçə dəfə respublika çempionluğunu əldə edib. İranda və Ukraynada keçirilən beynəlxalq yarışlarda kubok qaliblərindən olub. Məşqçi-müəllim kimi çalışıb.

Birinci Qarabağ müharibəsi veteranı olan A. Əhmədov son illər başqa sahədə çalışsa da, mütəmadi idmanla məşğul olurdu.

Faktla bağlı araşdırma aparılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43