Kateqoriyasız

Azərbaycan cüdo millisində yeni baş məşqçi

Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.

İdmanxeber.az-ın məlumatına görə,yığma komanda almaniyalı Riçard Trautmana tapşırılıb.

Yeni yaradılacaq performans direktoru vəzifəsinə isə niderlandlı Mark van de Ham gətirilib. Hər iki mütəxəssis martın 1-də vəzifələrinin icrasına başlayacaq.

Kişilərdən ibarət millinin hazırkı baş məşqçisi Mövlud Mirəliyev yığmada böyük məşqçi olacaq.

Trautman 1992 və 1996-cı illərdəki Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. 53 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43