Kateqoriyasız

Azərbaycan – Farer adaları matçının hakimləri bəlli oldu

Millətlər Liqasının V turunda  Azərbaycan – Farer adaları oyunu  üçün hakim təyinatları açıqlanıb. Matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Dimitreos Masiasa Marios olacaq. Yan xətdə ona Marios Kalogiru və İoannis Lazaru kömək edəcək. Omiros Tsiortsis isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43