Ölkə futbolu

Azərbaycan futbolunda daha bir kuryoz hadisə – SON DƏQİQƏ!

Azərbaycan I Liqasında mövsümün sonuncu turunun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, turnir cədvəli baxmından heç bir əhəmiyyət kəsb etməyən “İrəvan” – “Karvan” matçında kuryoz hadisə yaşanıb. Belə ki, ev sahibi komanda oyuna cəmi 11 futbolçu sifariş edib. 

“İrəvan”ın matçın gedişatında əvəzetmə üçün heç bir futbolçusu yoxdur. Bununla yanaşı, komandanın qapıçısı Andrey Sinenka meydanda müdafiəçi kimi çıxış edəcək.

Qapını isə heyətin digər qolkiperi Süleyman Süleymanov qoruyacaq.

“İrəvan” – “Karvan” qarşılaşması bu gün saat 16:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43