Milli komanda

Azərbaycan – İrlandiya matçına nə qədər bilet satılıb?

Azərbaycan və İrlandiya milli komandaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunu üçün bilet satışı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya 4 min bilet satılıb.

COVID-19 pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Biletləri iTicket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43