Kateqoriyasız

“Azərbaycan kimi zəif rəqib görməmişdim”

Slovakiyalı veteran futbolçu Ladislav Yurkemik ölkəsinin yığmasının AVRO-2020-nin seçmə mərhələsində Azərbaycana qalib gəldiyi (2:0) oyun haqda fikirlərini bildirib.

O, yığmamızın meydanın mərkəzini keçə bilmədiyini söyləyib:

“Uzun illərdi, Azərbaycan kimi zəif rəqib görməmişdim. İlk yarıda onları müdafiəyə sıxmışdıq. Azərbaycan millisinin çıxışı sadəcə dəhşət idi. Onlar fasiləyə qədər meydanın mərkəzini keçə bilmədilər. Bu çox pis idi. Digər tərəfdən millimiz Uelsin Macarıstana qalib gəldiyini bildikdən sonra tempdən düşdü. Bundan sonra tribunada bəzi azarkeşlər komandanı fitə basmağa başladılar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43