Kateqoriyasız

Azərbaycan – Kipr: hakimlər açıqlandı

UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan – Kipr matçın hakim təyinatları açıqlanıb.

Qarşılaşmada Xorvatiyadan olan ədalət təmsilçiləri iş başında olacaq. Görüşün baş hakimi Fran Yoviç olacaq. Ona yan xətlərdə qismində İvitsa Modriç və Hrvoye Radiç köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını İvan Vuçkoviç yerinə yetirəcək. Hakim-inspektor Çexiyadan Karel Vidlak, UEFA nümayəndəsi isə Sloveniyadan Devid Makdauell Zor olacaq.

Oktyabrın 13-da Albaniyadakı “Elbasan Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.

Azərbaycan yığması bu gün Monteneqronun, Kipr isə Lüksemburqun qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43