Kateqoriyasız

Azərbaycan klublarının potensial rəqibləri bəlli olub

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, turnirdə mübarizə aparan üç təmsilçimiz – “Neftçi”, “Zirə” və “Qəbələ”nin növbəti mərhələdə üz-üzə gələ biləcəyi komandalar müəyyənləşib.

“Neftçi” II təsnifat mərhələsində “Aris”i üstələyəcəyi təqdirdə, “Rapid” (Vyana, Avstriya) – “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

“Zirə” isə II təsnifat mərhələsində İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə görüşəcək. Əgər təmsilçimiz bu sədd keçə bilsə,  “Qomel” (Belarus) – “Aris” (Saloniki, Yunanıstan) cütünün qalibi ilə oynayacaq.

Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq “Qəbələ” rəqibini turnirdən kənarlaşdırmağı bacarsa, “Petrokub-Hinçesti” (Moldova) – “Laçi” (Albaniya) cütünün üstün olanı ilə görüşəcək..

Qeyd edək ki, III təsnifat mərhələsinin qarşılaşmaları avqustun 4-də və 11-də olacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43