Ölkə futbolu

Azərbaycan klubu bu transferlə qardaşı qardaşa qovuşdurdu

Azərbaycan I Liqasında çıxış edən “Zaqatala” klubu heyətini gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi Uensley Ondonu heyətinə qatıb. Ötən mövsümü “Karvan”da keçirən qabonlu müdafiəçi Zaqatala təmsilçisi ilə anlaşıb.

Müqavilənin müddəti 1 illik nəzərdə tutulub.

Uensley Ondo ötən mövsüm “Zaqatala”da forma geyinən Uensley Lloydun qardaşıdı.

Xatırladaq ki, Qurban Qurbanovun qardaşı Musa Qurbanov “Zaqatala” klubunun İdarə Heyətinin üzvüdü. O, həm də bölgə təmsilçisinin sabiq prezidentidi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43