Kateqoriyasız

“Azərbaycan komandasının Azərbaycanla bağlılığı yoxdur”

Futzal üzrə Xorvatiya millisinin baş məşqçisi Mato Stankoviç DÇ-2020-nin elit raundunda Azərbaycana 2:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, o, Xorvatiya Futzal Federasiyasının saytına açıqlamasında deyib:

Belə çətin qarşılaşma gözləyirdik. Futzalda hər kəs bilir ki, Azərbaycan komandasının Azərbaycanla heç bir bağlılığı yoxdur. Heyət əsasən Azərbaycan, İran və braziliyalı futzalçılardan ibarətdir. Ona görə də belə çətin duel olacağını bilirdik. Keyfiyyətli oynadıq və layiqli qələbə qazandıq. Azərbaycanın nə vaxtsa meydanı qol vurmadan tərk edib-etmədiyini bilmirəm, amma bütün oyun bizim nəzarətimizdə keçdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43