Ölkə futbolu

Azərbaycan – Kosovo: Öncə Qurbanov, sonra Bernard Şalland

Millimiz Milətlər Liqasında ilk oyununa çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Millətlər Liqasında ayın 7-si Kosovo millisi ilə qarşılaşacaq yığmamız oyunun hazırlıqlarını davam etdirir. Oyundan bir gün öncə millimizin baş məqçisi Qurban Qurbanov saat 17:30-da jurnalistlərin suallarını cavablandıracaq. Oyunöncəsi keçirilən son məşq isə “Azersun Arena”da saat 18:00-da başlayacaq. Hazırlığın ilk 15 dəqiqəsi mətbuata açıq olacaq.

Qonaq komandanın baş məşqçisi isə mətbuat konfransına saat 19:00-da çıxacaq. Kosovo millisi son məşqini  saat 19:30-da Bakı OLimpiya stadionunda keçirəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuata açıq olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43