Kateqoriyasız

Azərbaycan kuboku: finalın hakimləri açıqlandı

Azərbaycan kubokunun final görüşünün təyinatları müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, “Qəbələ” ilə “Sumqayıt” arasında keçiriləcək həlledici qarşılaşma İnqilab Məmmədova həvalə edilib.

Mayın 19-da Naxçıvan Muxtar Respublikasında baş tutacaq görüşdə ona Rahil Ramazanov və Pərvin Talıbov kömək edəcəklər. Oyunun ehtiyat hakimi Səbuhi Bayramov olacaq.

Hakimlərin işinə hakim-inspektor Vüsal Əliyev qiymət verəcəksə, matçın AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43