08 Sentyabr 2024
Ölkə futbolu

Azərbaycan Kuboku: “Sabah” və “Sumqayıt” 1/4 finalda – YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.

İdmanxeber.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” Tovuzda “Sabah”la qarşılaşıb. Görüş Bakı təmsilçisinin qələbəsi ilə sona çatıb – 4:3.

Bu nəticənin ardından “bayquşlar” 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Digər görüşdə isə “Sumqayıt” 1-ci liqa təmsilçisi “Karvan”la qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib.  Komanda  1/4 finalda  “Neftçi” – “Qaradağ Lökbatan” cütünün qalibi ilə oynayacaq.

Qeyd edək ki, bu mərhələ bir oyundan ibarətdir. 

Azərbaycan Kuboku
1/8 final
18 dekabr

“Kəpəz” – “Sabah” 4:3

Qol: Vinsent Til, 14 (0:1), Cesse Sekidika, 23 (0:2), Adama Niane, 36 (1:2), Emmanuel Apeh, 39 (1:3), Adama Niane, 45 (2:3), 76 (3:3), Amin Seydiyev, 90 (3:4)
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Karvan” 3:1

Qol: Kamran Əliyev, 55 (1:0), İzzət Muştaqov, 65 (1:1), Erik Sorqa, 82 (2:1), Rövlan Muradov, 88 (3:1)
“Sumqayıt Arena”, 17:00.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43