Ölkə futbolu

Azərbaycan Kuboku: yarımfinalın cavab oyunlarının hakimləri

Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab görüşləri üçün bütün təyinatlar açıqlanıb.

İdmanxeber.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Qarabağ” – “Qəbələ” matçı İnqilab Məmmədova, “Zirə” – “Sumqayıt” görüşü isə Əliyar Ağayevə tapşırılıb.

Xatırladaq ki, ilk oyunda “Qəbələ” evdə “Qarabağ”ı minimal hesabla məğlub edib. “Sumqayıt” isə “Zirə” ilə qolsuz heç-heçəyə razılaşıb.

1 may (çərşənbə)

17:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər:
 İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43